“İlk “altılıq”da kimlərin olacağı öncədən bilinirdi”
24.05.2012 - 14:55
AZAL klubunun sabiq baş məşqçisi Elxan Abdullayevin apasport.az saytına müsahibəsi
- Əvvəlcə başa çatan mövsümlə bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Fikrimcə, maraqlı mövsüm izlədik. Avrokuboklara hansı komandaların vəsiqə qazanması son turda bəlli oldu. Bizim üçün sevindirici məqamlardan biri yerli məşqçilərimizin uğur qazanmasıdı. Bu gün avrokuboklarda iştirak edəcək 4 komandadan üçünün “sükanı arxası”nda əyləşən öz mütəxəssislərimizdir. Böyükağa Hacıyev, Yunis Hüseynov, Novruz Əzimov komandalarına qitəmiqyaslı yarışlarda iştirak etmək hüququ qazandırdılar. Bununla, onlar yerli məşqçilərin əcnəbi mütəxəssislərdən üstün olduqlarını ortaya qoydular.
- “Qarabağ”ın avrokuboklardan kənarda qalması çoxları üçün gözlənilməz oldu. Bu vəziyyət necə qarşıladız?
- Bununla bağlı çox suallar verilir. Bəyəm “Qarabağ”dan başqa bu ölkədə klub yoxdur? Nəyə görə hamı “Qarabağ”ın adını çəkir?
- Çünki son 3 ildə Ağdam təmsilçisi mütəmadi olaraq Avropa Liqasında çıxış edib və ən yaxşı təmsilçimiz olub. Bu baxımdan hər kəs “Qarabağ”ın niyə bu dəfə uğur qazana bilməməsinin səbəbini öyrənməyə çalışır.
- “Liverpul” hər il İngiltərəni qitəmiqyaslı yarışlarda təmsil edirdi, amma bu il onlar kənarda qaldı. “Mançestr Siti” çempion oldu. Halbuki, 3 il əvvəl bu komanda heç yerdə yox idi. Ötən ilə qədər “Qarabağ” bizi sevindirirdi, bu il başqa komandamız uğurlu çıxış edər. Əlbəttə, adam istəyir ki, onlar da avrokuboklarda iştirak etsin. Ancaq bu komanda çempionatda yer tuta bilmirsə, deməli, orda da heç nə edə bilməyəcək. Gedib uduzacaqdı. Hər şeyin bir sonu var. Qaldı ki, problemlərinə, komandanın içində deyiləmsə, bu haqda danışa bilmərəm. Ancaq baş məşqçi fikir söyləyə bilər.
- Sizin üçün hansı komandalar yaxşı və pis mənada yadda qaldı?
- Elə bir hadisə baş vermədi. Mövsümün əvvəlində hansı proqnoz verilirdisə, o da özünü doğrultdu. Yəni, ilk “altılıq”da kimlər olacaqdı və ikinci “altılıq”da hansı komandalar yarışacaqdı, bunlar əvvəlcədən bilinirdi. Hamı “Sumqayıt”ın sonuncu olacağını düşünürdü və belə də oldu. Ümumiyyətlə, bu komanda Premyer Liqada oynayacaq gücdə deyildi. Onun nə üçün yaradıldığını bilmirəm. Çox təəssüf ki, yenə I diviziondan Premyer Liqaya yüksələn komanda olmayacaq. Bu vəziyyət aşağı dəstə komandalarına sponsorluq edənlər üçün yaxşı olmayacaq. Çünki komanda qarşısına Premyer Liqaya çıxmaq məqsədi qoyur, sonda bu vəsiqə əlindən alınır.
- Amma bu məsələdə günah klubların özlərindədir. Çünki onlar vaxtında lisenziyalaşdırma qrupunun tələblərini yerinə yetirməli, sənədlərini qaydasına salmalı idi.
- Klub bunları bilməlidir. Qarşına məqsəd qoyursansa, tələbləri də yerinə yetirməlisən. Özün-özünü necə aldada bilərsən? Futbolçu da yazıqdır axı. Onlar əziyyət çəkir, çempion olur, amma Premyer Liqada oynaya bilmir. Lisenziya almaq futbolçunun işi deyil ki...
- Avrokuboklarda hansı klublarımızın iştirak edəcəyi dəqiqləşib. Heyət baxımından hansı komandamızın avrokubok oyunlarına hazır sayırsız? Ümumiyyətlə, kimdən uğur gözləməyə dəyər?
- Burda əsas məsələ komandanın hazırlıq planı ilə bağlıdır. Çünki həmin vaxta qədər komandanın oyunlara hazır olub-olmayacağını bilməlisən, lazım olan futbolçuları heyətə cəlb edə biləcəksən, ya yox. Bu günlərdə “Neftçi” 6 futbolçusu ilə müqaviləni uzatmadı. Təbii ki, gedənlərin yerini doldurmaq gərəkdi. Bəs yeni gələnlər hazır olacaqmı? Çünki bunu qısa vaxt ərzində etməlisən. Bizdə problem ondadır ki, komandanı son məqamda yığmağa başlayırıq. “Qarabağ”ın üstünlüyü nədə idi? Komanda sabit heyətlə çıxış edirdi. Hər transfer dövründə uzaqbaşı 1-2 oyunçunu heyətinə qatırdı. Komandalarımız üçün əsas problemi bunda görürəm. “Neftçi” neçə tur qabaqcadan bilirdi ki, avrokuboklarda oynayacaq. Bu işi əvvəlcədən görmək olar. Düzdür, başa düşürəm ki, gətirmək istədiyiniz futbolçular da hansısa klublarda oynayır. Amma buna əvvəlcədən başlamaq olardı.
- Bu da klublarda seleksiya işlərinin düzgün qurulmamağından qaynaqlanır. Gərək kimisə hazırlığa dəvət edib, məşq prosesində yoxlasınlar.
- Vaxt gələcək biz də futbolçunu baxışa dəvət etmək kimi “xəstəlik”dən qurtulacağıq. Klublarımız futbolçulara az pul vermirlər. Baxışa gələn futbolçu vaxt aparır. Halbuki hazır oyunçu götürməlisən. Çünki Azərbaycan klubları da az pul vermir. Ümumiyyətlə, razıyam ki, bizdə seleksiya işləri düz qurulmayıb. Bizə artıq futbolçular birbaşa müqavilə imzalamağa gəlməlidirlər. Baxışa dəvət etmək, filan bunlar arxada qalıb. Seleksiyaçılar əvvəlcədən bilməlidir ki, kimləri komandaya götürəcəklər, həmin futbolçuların son oyunlarını gedib izləməlidirlər. Ardınca tibbi müayinədən keçirib, müqavilə imzalamalıdır. Yoxsa ay nə bilim baxışa gəlsin, məşqlərdə onu yoxlayım və s... Bunlar hamısı dünəndə qalıb.
- Özünüzlə bağlı nə deyə bilərsiz. Hansısa klubdan təklif var?
- Xeyr, hələ işsizəm.
- Bir ara ölkə xaricinə yollanmaq ehtimalının olduğu deyilirdi...
- Agentlərimə tapşırmışam, klub axtarırlar. Hələlik konkret heç nə yoxdur.

0
0