Rəşad Abdullayev: “Qəbələ”yə keçidim realdır
24.05.2012 - 17:32
Rəşad Abdullayev: “Qəbələ”yə keçidim realdır
“Hazırda istirahətdə olmaqla yanaşı, bəzi variantları nəzərdən keçirirəm”. Bunu apasport.az saytına açıqlamasında “Neftçi”nin sabiq futbolçusu Rəşad Abdullayev deyib.

Son 3 ili “ağ-qaralar”ın heyətində keçirib, 2 il dalbadal çempion olan yarımmüdafiəçinin karyerasını “Qəbələ”də davam etdirəcəyi gözlənilir. Rəşad bizimlə söhbətdə bu variantın olduğunu təsdiqlədi: “Bəli, “Qəbələ”yə keçidim realdır. Bir-iki klub var ki, onlar mənimlə maraqlanır. Məsələyə yaxın günlərdə aydınlıq gələcək. Mənim üçün avrokuboklarda çıxış edən komandada oynamaq önəmlidir. Ancaq “Qəbələ”nin təklifi mənim üçün sərfəli olacaqsa, ora keçib, komandanın avrokuboklara çıxmağına yardımçı olacağam. Yenidən əyalətdə oynamaq mənim üçün problem deyil”.