Kamran Ağayevə qol vurdu, 16 milyon avroluq təklif aldı
24.05.2012 - 18:00
Azərbaycan milli komandası ilə yoldaşlıq görüşü Yaponiya yığmasının futbolçusu Sindzi Kaqava üçün düşərli olub. Apasport.az saytının məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi millimizin qapıçısı Kamran Ağayevə qol vurduğu matçın ertəsi “Mançester Yunayted”dən rəsmi təklif alıb. İngiltərə nəhəngi onun çıxış etdiyi Dortmund “Borussiya”sına transferlə bağlı 16 milyon avro ödədiyini açıqlayıb. “Mançester Yunayted”in nümayəndələri Kaqavanın yığmada oyununu izləyərək, onlara lazımlı futbolçu olduqlarına bir daha əmin olublar.
İndi Mançester təmsilçisi almanlardan cavab gözləyir. Son 2 mövsümün Almaniya çempionu isə Kaqavanı 20 milyon avrodan aşağı satmayacağına ümid edir. “Borussiya” hələ 1 illik müqaviləsi olan futbolçusunu anlaşmanı uzatmaqdan imtina etdiyinə görə satmağı qərara alıb.
Qeyd edək ki, Kaqava millimizə 2:0 hesabı ilə qalib gəldikləri oyunun 42-ci dəqiqəsində hesabı açıb.

0
0