Azərbaycandan qovuldu, vətənində parladı
25.05.2012 - 08:30
Salyanın “Muğan” klubunun sabiq futbolçusu Eldin Adiloviç Azərbaycanda bacarmadığına vətənində nail olub. Apasport.az saytının məlumatına görə, 26 yaşlı hücumçu çıxış etdiyi “Jelezniçar” klubunda vurduğu qollarla Bosniya və Herseqovina çempionatının ən məhsuldar futbolçusu olub. Premyer Liqanın bombardiri olmaq üçün ona 19 qol kifayət edib. Komandasının çempionluğunda rol oynayan Adiloviç qızıl medalın da sahibi olub.
Qeyd edək ki, 2010/11 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edən Eldin “Muğan”ın heyətində 13 oyunda iştirak edib. Qış fasiləsində qovulan futbolçu, çempionatımızda cəmi 2 qol vurmağı bacarıb.

0
0