Avropa Liqasındakı təmsilçilərimiz üçün 35 rəqib
25.05.2012 - 09:24
Avropa Liqasındakı təmsilçilərimiz üçün 35 rəqib
Avropa Liqasına I təsnifat mərhələsindən başlayacaq klubların siyahısı genişlənib. Apasport.az saytının məlumatına görə, turnirə vəsiqə qazanan daha 2 komandanın müəyyənləşməsi püşkatma zamanı istifadə olunacaq səbətlərin tərkibinə də təsir edib. Adları dəqiqləşənlər Bosniya və Herseqovinanın “Sarayevo” və Çernoqoriyanın “Selik” klublarıdır. Onlar müvafiq olaraq səpələnmiş və səpələnməmişlər sırasında yer alacaq.

Artıq cəmi 3 klubun hansı səbətdə yer alacağı bilinmir. Bundan başqa səbəti məlum olan 2 ölkə təmsilçisinin də adı məlum deyil. Azərbaycan təmsilçiləri - “Xəzər Lənkəran”, “Bakı” və “İnter”in potensial rəqibləri olan səpələnməmiş 37 komandadan 35-i məlumdursa, yalnız 2-si bilinmir. Bunlardan birinin San-Marino təmsilçisi olacağı dəqiqdirsə, klubun kimliyi bilinmir.

I təsnifat mərhələsi

Səpələnmişlər: “Tvente” (Hollandiya), “Lex” (Polşa), “Rusenborq” (Norveç), “Elfsborq”, “Kalmar” (hər ikisi İsveç), “Aktobe” (Qazaxıstan), “Sent Patriks”, “Bohemians” (hər ikisi İrlandiya), “Bakı”, “İnter”, “Xəzər Lənkəran” (hamısı Azərbaycan), “Qomel” (Belarus), “Hafnarfyordur” (İslandiya), “Pünik” (Ermənitan), “Metallurq” (Latviya), “Banqor Siti” (Uels), “Suduva” (Litva), “Tirana”, “Şkendiya” (hər ikisi Albaniya), “Stabek” (Norveç), “Renova” (Makedoniya), “Osiyek” (Xorvatiya), “Levadiya” (Estoniya), “MyuPA”, “Kuopio” (hər ikisi Finlandiya), “Senisa” (Slovakiya), “Daçiya” (Moldova), “Borats”, “Sarayevo” (hər ikisi Bosniya və Herseqovina), “Differdanj” (Lüksemburq), “Yaqodina” (Serbiya), “Birkirkara” (Malta), “Streymur” (Farer adaları), “Olimpiya” (Sloveniya), Çernoqoriya təmsilçisi, 2 qeyri-müəyyən

Səpələnməmişlər: “Zimbru” (Moldova), “Flyamurtari” (Albaniya), “Yuvaskulya” (Finlandiya), “Kliftonvill”, “Kruzaders”, “Portadaun” (hamısı Şimali İrlandiya), “Santa Koloma” (Andorra), “Dauqava” (Latviya), “Trans”, “Kalyu” (hər ikisi Estoniya), “Vestmannaeyar”, “Akyureyri” (hər ikisi İslandiya), “Floriana”, “Hibernian” (hər ikisi Malta), “Ordabası”, “Jetısu” (hər ikisi Qazaxıstan), “Runavik”, “Vikinqur” (hər ikisi Farer adaları), “Qandzasar”, “Şirak” (hər ikisi Ermənistan), “Llanelli”, “Kefn Druids” (hər ikisi Uels), “Selye” (Sloveniya), “Jeness”, “Qrevenmaxer” (Lüksemburq), “Teuta” (Albaniya), “La Fiorita” (San Marino), “Zeta”, “Selik” (hər ikisi Çernoqoriya), “Mura” (Sloveniya), “Torpedo” (Gürcüstan), “Eşen Mauren” (Lixtenşteyn), “Şaulyay” (Litva), , “Skonto” (Latviya), “Metallurq” (Makedoniya), San-Marino təmsilçisi, 1 qeyri-müəyyən.

Qeyri-müəyyənlər: MTK (Macarıstan), Macarıstan, Gürcüstan təmsilçiləri