Futbolçularımızın taleyi polisin əlində
25.05.2012 - 10:54
Azərbaycan millisinin Andorra ilə keçirəcəyi yoxlama oyununun baş hakimi Mikael Veynerin kimliyi məlum olub. Apasport.az saytının məlumatına görə, almaniyalı FİFA hakimi 1969-cu il martın 21-də Ottenşteyn şəhərində anadan olub.
1993-cü ildə Almaniya kuboku oyunlarına təyinat almağa başlayan Veyner 2 il sonra II Bundesliqada peyda olub. 1998-ci ildə Bundesliqada debüt edən referi 4 il sonra beynəlxalq dərəcə alıb. 10 ildən artıqdır FİFA referisi olan Veyner Almaniya kubokunun 2007-ci ildəki finalında da fit çalıb.
Çempionlar Liqasında 21, əsas yığmaların iştirakı ilə 16 qarşılaşmada fit çalan Veyner təcrübəsi ilə öyünə bilər. Maraqlıdır ki, belə zəngin karyerası ərzində almaniyalı heç vaxt Azərbaycan komandalarının oyunlarını idarə etməyib.
Hakimlik etmədiyi vaxtlar polisdə xidmət edən Veyner Zauerland şəhərinin küçələrində asayişi qoruyur. Bu dəfə isə o, futbolçularımızla andorralıların qarşılaşmasında ədaləti qorumalı olacaq.

0
0