“Yəqin ki, məni Azərbaycan klubunda görəcəksiniz” - FOTO
25.05.2012 - 11:55
“Yəqin ki, məni Azərbaycan klubunda görəcəksiniz” - FOTO
“Hayduk”la müqaviləm başa çatıb. Mən də sənədlərimi götürüb, xaricə getməyə qərar verdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Serbiyanın “Hayduk” klubunun futbolçusu Sead Hacibuliç deyib.

Karyerası ərzində serb klubları ilə yanaşı, Albaniya və Rumıniyada da oynamış 29 yaşlı hücumçu Azərbaycandan təklif aldığını bildirib.

Hacibuliç karyerasını ölkəmizdə davam etdirməyin əleyhinə deyil: “Düzdür, Superliqanın digər klublarından da təkliflər almışam. Lakin Serbiyada qalası olsaydım, elə “Hayduk”da oynayardım. Xaricdən təkliflər almışam. Yəqin ki, məni Azərbaycan klubunda görəcəksiniz. Ya da Sinqapurda və ya 3-cü dərəcəli futbol ölkələrinin birində. “Hayduk”dan gedişimin əsas səbəbin isə komandanın oyun sistemidir. Kula təmsilçisi 1 hücumçu ilə oynadığından biz ön xətt oyunçuları həmişə meydanda olmaq imkanı qazanmırıq”.

Qeyd edək ki, Sead son mövsümdə 23 oyuna 2 qol vurub.