Foqts milliyə daha 3 futbolçu çağırdı
25.05.2012 - 12:03
Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. Apasport.az-ın AFFA-nın rəsmi saytına məlumatına görə, Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında olan yığmamızın heyətinə daha 3 futbolçu qoşulub. Bunlar Vurğun Hüseynov (“Qəbələ”), Uğur Pamuk (“Sumqayıt”), Vüqar Əsgərov (“Metallurq” Liepaya, Latviya).
Qeyd edək ki, Berti Foqtsun yetirmələri mayın 30-da Frankfurtda Andorra millisi ilə qarşılaşacaq.
Qeyd edək ki, Berti Foqtsun yetirmələri mayın 30-da Frankfurtda Andorra millisi ilə qarşılaşacaq.
0
0