“Kaqavanın Azərbaycana vurduğu qola heyran qaldım”
25.05.2012 - 13:31
“Azərbaycan yığması ilə qarşılaşmada hücum futbolu oynadıq. Topa daha çox nəzarət edib, az sayda xətaya yol verdik. Bir sözlə, yaxşı oyun göstərdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Yaponiya millisinin futbolçusu Keysuke Honda deyib.
Rusiya MOİK-ində legioner həyatı yaşayan futbolçu komandamızla mayın 23-dəki yoxlama oyunu haqda fikirlərini açıqlayıb: “Şəxsən mənim xoşuma daha çox meydanın dərinliyindən hücuma keçməyimiz gəldi. Bütün bunlar isə göstərir ki, yığmaya dönüşüm uğurlu alındı. Yaxşı oynayıb, layiqli qələbə qazandıq. Bu qələbəyə görə xoşbəxtəm. Düzdür, Azərbaycanın qapısından ikidən də artıq qol keçirə bilərdik. Amma DÇ-2014-ün seçmə oyunlarınadək daha da artıracağıq. ”
26 yaşlı hücumameylli yarımmüdafiəçi özünü 2:0 hesablı qələbə ilə başa çatan görüşün ən yaxşısı sayanlarla razı deyil: “Şinji Kaqavanın Azərbaycana vurduğu qola heyran qaldım. Öz izləyicilərindən qaçıb qarşısındakı rəqibi aldadaraq, gözəl və dəqiq zərbə endirməsi onun ustalıq səviyyəsini göstərir. Hərçənd, həmin epizodda Kaqava ötürmə də verə bilərdi. Lakin hücum üçün daha çətin sonluq düşünüb, bunu bacarmaqla dünya səviyyəli futbolçu olduğunu nümayiş etdirdi.
Azərbaycanla oyunun ən yaxşısı da Kaqava idi. Mənə gəlincə, qeyri-adi heç nə etmədim. Sadəcə, həmişə oynadığım oyunu göstərib qələbə üçün əlimdən gələni etdim. Düşünürəm ki, həm mən, həm də komanda yoldaşlarım daha yaxşı oynamaq iqtidarındayıq”.

0
0