Yığmamızın qapıçısı Dövlət Dumasında - FOTO
25.05.2012 - 14:31
Futzal üzrə Azərbaycan milli komandasının üzvü Andrey Tveryankinin şərəfini qoruduğu Rusiyanın KPRF idman klubunun üzvləri rəhbərlik tərəfindən qəbul olunub. Apasport.az saytının məlumatına görə, Rusiya Federasiyasının Kommunist Partiyasının rəhbərliyi balansında olan idman komandalarının üzvlərini Dövlət Dumasının binasında qəbul edib.
Partiya sədri Gennadi Züqanov və müavininin də qatıldığı tədbirdə yığmamızın qapıçısı da iştirak edib. Dumanın hollunda baş tutan görüşdə partiya başçısı çıxış etməklə yanaşı bir qrup idmançını da mükafatlandırıb.

0
0