“Azərbaycanla oyunda meydanda əsl mübarizə vardı”
25.05.2012 - 14:36
“Azərbaycanla oyun bütövlüklə bizim diktəmiz altında keçdi. Buna görə başa düşə bilmirəm ki, niyə komandamız əsasən sol cinahdan hücum edirdi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Yaponiya yığmasının futbolçusu Atsuto Uçida eyib.
“Şalke”də oynayan müdafiəçi üçün yığmamıza 2:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündə böyük üstünlüyə malik olduqları halda, sağ cinahdan istifadə edə bilməməkləri anlaşılmaz qalıb: “Əgər biz ilk hissədə bu balansı qoruyurduqsa, ikinci hissədə demək olar həmişə soldan hücum edirdik. Ümumiyyətlə, stadionda əla atmosfer vardı”.
Rəqibin hücumları sol cinahdan qurulmağının əsas səbəbi ondadır ki, burada 2 aparıcı futbolçu oynayırdı. Bunlar İtaliyanın “İnter” klubunun müdafiəçisi Yuto Naqamoto ilə “Borussiya”nın yarımmüdafiəçisi Sindi Kaqava idi. Oyunda hesabı açan məhz sonuncu oldu. Naqamoto millimizlə oyunda Kaqava ilə yaxşı anlaşdıqlarını söyləyib: “Onunla bir cinahda oynamaq xoşuma gəldi. Biz bir-birimizi pis başa düşmürdük. Azərbaycanla oyunda meydanda əsl mübarizə vardı. Əsas odur ki, biz bu matçda uğurlu nəticə əldə etdik”.

0
0