“Azərbaycan yığması az qala buna görə bizi cəzalandıracaqdı”
25.05.2012 - 14:52
“Azərbaycan yığması az qala buna görə bizi cəzalandıracaqdı”
“Azərbaycanla oyunda qələbə qazanmağımıza baxmayaraq, çoxlu qol imkanlarını əldən verdik. Üstəlik, müdafiədə çoxlu səhvlər etdik. Mən bundan narazıyam”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Yaponiya millisinin müdafiəçisi Yuzo Kurihara deyib. Azərbaycan yığmasına evdə 2:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündə əsas heyətdə meydana çıxan Yaponiyanın “Yokohama Marinos” klubunun müdafiəçisi böyük hesabla qalib gəlmələri olduqlarını düşünür.

Yuzonun fikrincə, futbolçularımız onları fasilədən sonra cəzalandıra bilərmiş: “İlk hissədə biz dominantlıq etdik. İkinci hissədə isə komandamız tempi aşağı saldı. Azərbaycan yığması az qala buna görə bizi cəzalandıracaqdı”.