“Araz” mövsümü “qızıl dubl”la başa vura bilmədi
25.05.2012 - 15:36
Futzal üzrə Azərbaycan kubokunun qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Araz”la “Ekol” arasında bu gün Şağan Olimpiya İdman Kompleksində keçirilən final oyununda gözlənilməz nəticə qeydə alınıb. Belə ki, çempionatı 3-cü yerdə bitirən “Ekol” çempiona 4:3 hesabı ilə qalib gələrək, mövsümü titulla bitirib. Bununla da “Araz” mövsümü “qızıl dubl”la başa vurmaq şansını əldən verib.
Qeyd edək ki, Naxçıvan təmsilçisi son 8 ilin dəyişməz çempionudur.
Qeyd edək ki, Naxçıvan təmsilçisi son 8 ilin dəyişməz çempionudur.
0
0