Azərbaycan çempionu “nəhs”də qaldı
25.05.2012 - 15:52
Azərbaycan çempionu “nəhs”də qaldı
Naxçıvanın “Araz” futzal klubunun qələbə seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, 8 qat Azərbaycan çempionu ardıcıl 13 qələbədən sonra bu gün keçirilən Azərbaycan kubokunun final matçında uduzub.

“Ekol”a 3:4 hesabı ilə məğlub olan “Araz” sonuncu dəfə ötən il noyabrın 28-də meydanı qələbəsiz tərk etmişdi. Həmin vaxt çempionatın “Neftçi” İSM ilə oyununda 4:5 hesabı ilə uduzan Joze Alesio da Silvanın yetirmələri sonrakı 179 gün ərzində xal da itirməyib.

Bu müddətdə 11 çempionat və 2 kubok oyunu keçirən “Araz” 13 matçın hamısında qalib gəlib.