İslandiya yığmasına Azərbaycanla oyun üçün 19 futbolçu çağırıldı
26.05.2012 - 09:43
İslandiya yığmasına Azərbaycanla oyun üçün 19 futbolçu çağırıldı
21 yaşadək futbolçulardan ibarət İslandiya milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avro-2013-ün seçmə mərhələsinin iyunun 6-də Azərbaycan yığmasına qarşı baş tutacaq oyununa 19 futbolçu çağırılıb. Baş məşqçi Eyolfur Sverisson təkcə İslandiya deyil, ölkə xaricində də çıxış edən futbolçuları matçın hazırlıqlarına cəlb edib. Bu futbolçular həm millimiz, həm də ayın 12-də Norveçlə qarşılaşmada forma geymək imkanı qazana bilər.

Qeyd edək ki, yığmamızın İslandiya ilə səfər oyunu Valyur şəhərində keçiriləcək.

Qapıçılar: Arnar Darri Petursson (“Styarnan”), Ásqeyr Pur Maqnusson (“Valyur”), Árni Snar Ólafsson (“Akranes”)

Müdafiəçilər: Holmar Orn Eyolfsson (“Boxum”, Almaniya), Yohann Laxdal (“Styarnan”), Kristinn Yonsson (“Breydablik”), Eydur Aron Siqurbyornsson (“Erebru”, İsveç), Hordur Byorqvin Maqnusson (“Yuventus”, İtaliya), Eynar Loqi Eynarsson (“Akranes”), Haukur Heydar Hauksson (“Reykyavik”)

Yarımmüdafiəçilər: Finnur Orri Marqeyrsson (“Breydablik”), Qudlauqur Viktor Palsson (“Nyu York Red Bullz”, ABŞ), Byon Daniel Sverrisson (“Hafnarfyordur”), Kristinn Steyndorsson (“Halmstad”, İsveç), Yon Dadi Bodvarsson (“Selfoss”), Runar Mar S. Siquryonsson (“Valyur”)

Hücumçular: Byorn Berqmann Siqurdarson (“Lillestryom”, Norveç), Aron Yohannsson (AGF), Torsteynn Mar Raqnarsson (“Reykyavik”)