“Xəzər Lənkəran”ın futbolçusu okeanın o tayında da fərqləndi
26.05.2012 - 10:04
“Xəzər Lənkəran”ın futbolçusu okeanın o tayında da fərqləndi
“Xəzər Lənkəran” klubunun futbolçusu Rendal Brenes şərəfini qoruduğu Kosta-Rika yığmasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, hücumçu DÇ-2014-ün KONKAKAF zonası üzrə seçmə oyunlarına hazırlaşan millisinin Qvatemala ilə yoldaşlıq qarşılaşmasında iştirak edib.

Start heyətində meydana çıxan Rendal 3:2 hesablı qələbədə pay sahibi olub. O, erkən qol buraxan komandasının hesabı bərabərləşdirməsinin əsas səbəbkarı kimi yadda qalıb. Belə ki, məhz “Xəzər Lənkəran”ın futbolçusunun zərbəsindən sonra top qvatemalalı müdafiəçiyə çarparaq qapıya daxil olub. Bu avtoqol sayəsində hesab 1:1 olub.

Ümumiyyətlə isə kosta-rikalı həmkarlarımız hücum tandemi Joel Kempbellə Brenesin oyununu xüsusi fərqləndirib. Matçın 68-ci dəqiqəsində əvəzlənən Rendal okeanın o tayında da xoş təsir bağışlayıb.