Ardıcıl 2-ci dəfə
26.05.2012 - 10:32
Ardıcıl 2-ci dəfə
“Ekol” futzal klubu ardıcıl 2-ci dəfə Azərbaycan kubokunun qalibi olub. Apasport.az saytının məlumatına görə, bununla da onlar “Avtomobilçi”, “Azərneftyanacaq” və “Gömrükçü”yə çatıblar. Belə ki, 4 komandanın hərəyə 2 kuboku var. Ən maraqlısı isə odur ki, klubların hamısı Azərbaycan kubokunu ardıcıl qazanıblar.

Kubok sayındakı mütləq rekordçu isə ardıcıl 5 dəfə mükafatı başı üzərinə qaldıran “Araz”dır. “Neftçi”nin ümumilikdə 3 kuboku olsa da bu uğurları müxtəlif komandalar qazanıb. 18 dəfə sahibini tapan mükafatı daha 2 klub qazanıb ki, onlar cəmi 1 dəfə buna nail olub. Bunlar “NAB-Spor” və “Turan AİR”dir.

Qeyd edək ki, “Ekol” ötən il olduğu kimi yenə finalda “Araz”ı məğlub edərək titulunu əldə edib. Hər 2 halda final 4:3 hesabı ilə başa çatıb.

mövsüm

qalib

1994/95

“Neftçi” (gənclərdən ibarət komanda)

1995/96

“Neftçi”

1996/97

“Avtomobilçi”

1997/98

“Avtomobilçi”

1998/99

“NAB-Spor”

1999/2000

“Azərneftyanacaq”

2000/01

“Azərneftyanacaq”

2001/02

“Gömrükçü”

2002/03

“Gömrükçü”

2003/04

“Turan AİR”

2004/05

“Araz”

2005/06

“Araz”

2006/07

“Araz”

2007/08

“Araz”

2008/09

“Araz”

2009/10

“Neftçi” İSM

2010/11

“Ekol”

2011/12

“Ekol”