Azərbaycan klublarını gözləyən 7 xoşbəxt
26.05.2012 - 11:45
Avropa Liqasının qrup mərhələsinə birbaşa vəsiqə qazanan klubların tam siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, UEFA-nın qarşıdakı mövsümdən tətbiq etdiyi yeniliyə əsasən 7 klub təsnifat mərhələsində oynamadan qitənin 2-ci dərəcəli klub turnirinin qrupunda yer alacaq.
Bunlar "Atletiko" (İspaniya), "Tottenhem" (İngiltərə), "Bayer" (Almaniya), "Napoli" (İtaliya), "Lion" (Fransa), "Akademika" (Portuqaliya) və “Rubin” (Rusiya) klublarıdır. İspaniya təmsilçisi yarışın son qalibi kimi qrupa düşmək ənənəsinə görə bu hüququ qazanıb. Digər 6 komanda isə UEFA-nın yeniliyindən yararlanıb.
Belə ki, əvvəl son qalib istisna olmaqla digər qrup iştirakçıları Çempionlar Liqasının IV təsnifat mərhələsində uduzanlar və Avropa Liqasının IV təsnifat mərhələsində qalib gələnlər olurdu. 2012/13 mövsümündən isə UEFA reytinqinin ən güclü 6 ölkəsinin kubokunu qazananlar belə güzəşt əldə edir. Əgər 6 ölkədən hər hansı birində kubokun sahibi Çempionlar Liqasında oynamalıdırsa, onu həmin ölkənin çempionatında ən yüksək yerlə Avropa Liqasına çıxan komanda qrupa düşür.
İspaniya kubokunun finalında “Atletik”i məğlub edən “Barselona” özü Çempionlar Liqasına getdiyindən, Pireney ölkəsini qrupda Primeronun 5-cisi “Atletiko” təmsil edə bilərdi. Lakin bu komanda da artıq qrupa vəsiqə əldə edib. Belə olan halda isə qrupa birbaşa vəsiqə reytinqdə 7-ci olan ölkənin – Rusiyanın kubokunun sahibinə verilib. Bu da “Rubin”ə qismət olub.
Qeyd edək ki, Azərbaycanı Avropa Liqasında təmsil edən klubların bəzi rəsmiləri də qrup mərhələsinə düşmək iddialarını açıqlayıblar. Əgər “Xəzər Lənkəran”, “Bakı” və “İnter” “üçlüy”ündən hər hansı biri bunu bacarsa, həmin 7 klubla yalnız qrupda qarşılaşa bilər.

0
0