“Simurq” İbrahimovla müqavilə imzaladı
26.05.2012 - 12:08
Zaqatalanın "Simurq" klubu daha 1 futbolçusu ilə müqaviləni uzadıb. Apasport.az saytının məlumatına görə, əyalət təmsilçisi Qərib İbrahimovla müqaviləsinin müddətini artırıb. Yeni sazişə əsasən 24 yaşlı yarımmüdafiəçi növbəti mövsümün sonuna qədər komandanın formasını geyinəcək.
Tovuz futbol məktəbinin yetirməsi 2010-cu ildən "Simurq"un formasını geyinir. Bu mövsüm komandanın heyətində 28 matçda forma geyinib və 2120 dəqiqə mübarizə aparıb.
Qeyd edək ki, bunadək“Simurq” İlkin Qırtımov və Aleksandr Şemonayevlə də müqaviləni uzatmış, Kristian Torresi isə heyətinə qatmışdı.

0
0