Rendal Brenes: Belə vəziyyətdə oynamaq çox çətindir
26.05.2012 - 14:09
Rendal Brenes: Belə vəziyyətdə oynamaq çox çətindir
“Meydanda azlıqda qalmaq yaxşı deyil. Belə vəziyyətdə oynamaq çox çətindir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın futbolçusu Rendal Brenes deyib.

Kosta-Rika milli komandasının heyətində Qvatemala ilə yoldaşlıq oyununun iştirakçısı olan hücumçu 3:2 hesablı qələbənin çətinliklə əldə edildiyini bildirib: “Elə Qvatemala milli komandası ilə qarşılaşmada da belə oldu. Çünki hələ ilk yarının sonlarında azlıqda qaldıq. Fasilədən sonra 10 nəfərlə oynadığımızdan geri çəkilib hesabı qorumaq haqda düşündük”.

Qeyd edək ki, kosta-rikalılar 2:1 hesabı ilə öndə olarkən, 39-cu dəqiqədə azlıqda qalsa da qalib gələ bilib. Meydandakı say üstünlüyü isə yalnız 90-cı dəqiqədə hakim qvatemalalılara da qırmızı vərəqə verdikdən sonra bərabərləşib.