Çempion “Qarabağ”dan ayrılan futbolçuya göz dikib
26.05.2012 - 14:56
Ağdamın “Qarabağ” klubundan ayrılan Nderim Nedzipi karyerasını vətəni Makedoniyada davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi ölkəsinin birdən-birə 2 klubundan təklif alıb.
Makedoniyada oynamağa qərar verəcəyi halda Nedzipi “Rabotniçki” və “Vardar” arasında seçim etməli olacaq. Çünki hər 2 komanda onunla danışıqlara start verib. Avrokuboklardan kənar qalan “Rabotniçki”dən fərqli “Vardar” Nderimin xidmətində daha çox maraqlıdır.
Son ölkə çempionu yarımmüdafiəçini Çempionlar Liqasının təsnifat mərhələsi oyunlarında heyətində görmək istəyir. Özü də futbolçu vaxtilə həm “Vardar”, həm də “Rabotniçki”nin şərəfini qoruyub.

0
0