Premyer Liqanın “balacaları” üçün limit müəyyənləşib
26.05.2012 - 15:27
2012/13 mövsümündən Azərbaycan Premyer Liqasında yeni limitdən istifadə olunacaq. Belə ki, hər komanda oyun zamanı minimum 4 yerli futbolçunun xidmətindən yararlanmağa məcburdur. Bunlardan da birinin 21 yaşlı futbolçu olması zəruridir.
Apasport.az saytının məlumatına görə, yaş limiti ilə bağlı qərar verildikdən sonra həmin “21 yaşlı” ifadəsinin kimlərə aid olduğu heç də hamıya bəlli deyildi. Lakin qarşıdakı mövsüm üçün həmin – gənc futbolçunun necə müəyyənləşəcəyinə aydınlıq gəlib.
Əslində, bunun 3 variantın olması mümkün idi: oyun gününə, mövsümün startına, və ya mövsümün başladığı ilin əvvəlinə qədər 21 yaşı tamamlanmayan futbolçular bura daxil ola bilərdi. Sonuncu - əksər beynəlxalq yarışlarda istifadə olunduğu varianta üstünlük verilib ki, bu da 1991-ci il yanvarın 1-dən (yəni 01.01.1991) sonra anadan olan futbolçuların limit daxilində oynayacağı deməkdir. Yəni hər komanda bütün daxili yarışların oyunlarında 1991-ci ildən əvvəl anadan olmayan ən azı 1 futbolçunu meydana buraxmalıdır. Artıq klublara da bu tarixi haqqında məlumat verilib ki, heyətin formalaşdırılmasını buna uyğun şəkildə aparsınlar.

0
0