4 ildə 546 mətbuat konfransı
26.05.2012 - 23:02
"Barselona"nın baş məşqçisi Xosep Qvardiola Kataloniya klubunun "sükanı arxasında" sonuncu rəsmi oyununa çıxdı. Apasport.az saytının xəbərinə görə, onun komandası İspaniya kubokunun finalında "Visente Kalderon"da "Atletik"lə üz-üzə gəldi.
Məlum olduğu kimi, gənc çalışdırıcı hələ bir neçə ay bundan əvvəl "Barsa"dan ayrılacağını bildirmişdi. Bu postda onu Tito Vilanova əvəzləyəcək. Bu və ya digər məsələlərlə bağlı Qvardiola oyunöncəsi təşkil olunan mətbuat konfransında yerli media nümayəndələrinin suallarını cavablandırıb: "Burada keçirdiyim 4 il ərzində 546 mətbuat konfransında iştirak etmişəm. Başqa sözlə, ümumilikdə 272 saat ərzində sizin suallarınızı cavablandırmışam. Bütün bu vaxt ərzində yalnız bir məqsədim olub - həmişə nüfuz qazanmaq istəmişəm. Bəlkə də bu yolda səhvlərə yol vermişəm, amma həmişə dürüst olmağa çalışmışam".
Daha sonra Qvardiola Vilanovanın təyinatı ilə bağlı fikirlərini də səsləndirib: "Noyabrda Subisaretta ilə nahar edirdim. O, məndən Titonun məşqçi rolunda perspektivləri barədə soruşdu. Mən də bunun əla ideya olduğunu bildirdim. Onu 13 ildi tanıyıram və "Barsa"nın son uğurlarında Vilanovanın əməyi danılmazdı".

0
0