Topal “Valensiya”dan kənarlaşdırıldı
26.05.2012 - 23:25
klubsuz qaldı Cari mövsümü 3-cü pillədə başa vuran İspaniyanın "Valensiya" klubu iki futbolçusu ilə yollarını ayıracaq. Apasport.az saytının xəbərinə görə, bu barədə klubun idman direktoru Braulio Vaskez açıqlama verib. O, Tino Kosta və Mehmet Topalla yollarını ayıracaqlarını bildirib.
Satışa çıxarılan futbolçulara ilk təklif isə "Fənərbaxça" klubundan gəlib. İstanbul təmsilçisi hər iki futbolçunun transferi üçün 6 milyon avro ödəməyə hazırdı.
Bu arada "Valensiya" ilk transferini həyata keçirib. "Yarasalar" heyətini Lissabon "Sportinq"inin müdafiəçisi Joao Pereyra ilə gücləndirib. İspan klubu portuqaliyalı futbolçu ilə üç illik müqavilə imzalayıb. Portuqaliya millisinin üzvü komandaya 3,6 milyon avroya başa gəlib. Əvvəllər "Benfika", "Jil Visente", "Braqa" klublarının formasını geyinmiş 28 yaşlı futbolçu millidə 13 oyun keçirib.

0
0