Yığmamız İslandiyada əzmkar qələbə qazandı – YENİLƏNİB
06.06.2012 - 01:10
Bu gün 21 yaşadək futbolçular ibarət yığmalar (U-21) arasında Avropa çempionatının seçmə mərhələsinin oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, final mərhələsi gələn il baş tutacaq yarışa vəsiqə uğrunda mübarizə aparan Azərbaycan millisi növbəti sınağına çıxıb.
VIII seçmə qrupda mübarizə aparan Bernard Lippertin yetirmələri yeganə qələbəsini qazandığı İslandiya yığması ilə görüşərək, yenidən eyni sevinci yaşayıb. Özü də bu dəfə 2:1 hesablı əzmkar qələbə qazanılıb.
Oyunda hesabı 20-ci dəqiqədə meydan sahibləri açıb. Bundan sonra matçda ən yadda qalan hadisələr “Neftçi”nin futbolçuları ilə bağlı olub. Belə ki, 26-cı dəqiqədə yığmamızın kapitanı Mirhüseyn Seyidov penalti zərbəsindən yararlana bilməyib. Belə ki, qapıçı yarımmüdafiəçimizin zərbəsini qaytarıb. 77-ci dəqiqədə Araz Abdullayev hesabı bərabərləşdirməyə müvəffəq olub. Millimizin Yaponiya ilə yoldaşlıq görüşünə cəlb olunaraq, Andorra ilə matç öncəsi U-21-ə göndərilən Cavid İmamverdiyev 90+1-ci dəqiqədə qələbə topunu vurub.
Qeyd edək ki, yığmamız qrup autsayderliyini məhz həmin İslandiya üzərində ev qələbəsi sayəsində ona təhvil vermişdi. Həmin oyunda yığmamız rəqibini Əli Gökdəmirin vurduğu yeganə qolla məğlub etmişdi.
5 iyun
00:15. İSLANDİYA – AZƏRBAYCAN - 1:2
QOLLAR: Byorn Siqurdarsson, 20 - Araz Abdullayev, 77, Cavid İmamverdiyev, 90+1
Baş hakim: Petur Reynert (Farer adaları)
Reykyavik. “Valyur” stadionu
İSLANDİYA: 1. Arni Olafsson, 2. Kristin Yonsson, 3. Holmar Örn Eyolfsson (k), 4. Hordur Maqnusson, 5. Haukur Heydar Hauksson, 6. Finnur Marqeyrsson, 7. Kristin Steyndorsson, 8. Byörn Siqurdarsson, 9. Byörn Sverrisson, 10. Aron Yohannsson, 11. Yon Dadi Bödvarsson.
Ehtiyat oyunçular: 12. Arnar Petursson, 13. Yohann Laxdal, 14. Qudlauqur Palsson, 15. Runar Mar Siquryonsson, 16. Torsteyn Mar Raqnarsson, 17. Eynar Loqi Eynarsson, 18. Eydur Siqurbyörnsson.
Baş məşqçi: Eyolfur Sverrisson.
AZƏRBAYCAN: 12. Osman Umarov, 2. Qara Qarayev, 3. Tərlan Quliyev, 6. Mirhüseyin Seyidov (k), 7. Araz Abdullayev, 9. Orxan Həsənov, 13. Əli Gökdəmir, 14. Bədavi Hüseynov, 16. Ruslan Tağızadə, 17. Cavid İmamverdiyev, 19. Abdulla Abatsiyev.
Ehtiyat oyunçular: 22. Tural Abbaszadə, 4. Elvin Yunuszadə, 5. Novruz Məmmədov, 8. Emin Mustafayev, 11. Ruslan Qurbanov, 18. Elnur Abdulov, 23. Tural İsgəndərov.
Baş məşqçi: Bernard Lippert.

| 1. | İngiltərə | 6 | 5 | 0 | 1 | 21-3 | 15 |
|---|---|---|---|---|---|---|---|
| 2. | Norveç | 5 | 3 | 1 | 1 | 8-4 | 10 |
| 3. | Belçika | 6 | 2 | 2 | 2 | 11-12 | 8 |
| 4. | Azərbaycan | 7 | 2 | 1 | 4 | 6-16 | 7 |
| 5. | İslandiya | 6 | 1 | 0 | 5 | 3-14 | 3 |
0
0