“Çox maraqlı final oyunu izlədik”
05.06.2012 - 08:06
“Təbii ki, bu cür yüksək səviyyəli turnirin qalibi olduğumuz üçün çox sevinirik. Belə güclü komandaların iştirak etdiyi turnirdə kuboka sahib çıxmaq asan deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri Gürcüstan U-17 yığmasının baş məşqçisi Nodar Akobia deyib.
O, Bakıda keçirilən II Caspian Cup turnirinin Azərbaycan yığması ilə final oyunu haqda fikirlərini bildirib: “Düşünürəm ki, çox maraqlı final oyunu izlədik. Nadir hallarda bu yaş qrupuna aid komandaların ifasında belə baxımlı oyunun şahidi oluruq. Azərbaycan yığmasına gələcək turnirlərdə uğurlar arzulayıram”.
Qeyd edək ki, Gürcüstan yığması finalda 1:0 hesabı ilə qalib gələrək yarışın qalibi olub.

0
0