“Hücum xəttimiz istədiyimiz kimi effektli olmadı”
05.06.2012 - 08:14
“Mən də düşünürəm ki, kifayət qədər maraqlı oyun oldu. Hər iki komanda fərqlənmək üçün təhlükəli epizodlar yaratdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan U-17 yığmasının baş məşqçisi Təbriz Həsənov deyib.
O, Bakıda keçirilən II Caspian Cup turnirinin final oyunu haqda fikirlərini açıqlayıb. Həsənov Gürcüstan yığmasına 0:1 hesablı məğlubiyyəti belə əsaslandırıb: “Təəssüf ki, biz imkanlarımızdan yararlana bilmədik. Ümumiyyətlə, hücum xəttimiz istədiyimiz kimi effektli olmadı. Təbii ki, müəyyən çatışmazlıqlar var və onları aradan qaldırmağa çalışacağıq”.

0
0