Yığmamızın oyunu 5 manat 78 qəpiyə
05.06.2012 - 10:08
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin bu gün keçiriləcək İslandiya – Azərbaycan oyununun biletinin qiyməti məlum olub. Apasport.az saytının məlumatına görə, Reykyavikdə keçiriləcək qarşılaşmaya giriş üçün 1000 island kronu ödəmək lazımdır. Bu isə 6,15 avro və ya 5 manat 78 qəpiyə bərabərdir. Lakin biletlərə yalnız böyüklər üçündür. Belə ki, islandiyalılar uşaqlar üçün stadiona girişi pulsuz olmasına qərar verib.
0
0