Səlahət Ağayev: Seçim vaxtı düzgün qərar verilmir - MÜSAHİBƏ
05.06.2012 - 10:18
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının qapıçısı Səlahət Ağayevin apasport.az saytına müsahibəsi
- “İnter”in baş məşqçisi Kaxaber Sxadadze artıq əsas heyətdə oynamalı olduğunuzu vurğulayıb. Bu məqsədlə başqa kluba göndəriləcəksiniz...
- Bəli. Yekun qərarım belə oldu ki, qarşıdakı 1 ili “Sumqayıt”in heyətində keçirim.
- Xidmətinizdə maraqlı olan başqa klub var idi?
- “Rəvan”dan təklif almışdım. Amma rəhbərlik belə məsləhət bildi ki, özümü “Sumqayıt”ın heyətində sınayım.
- “Sumqayıt”ın Premyer Liqada oynayacağı hələ dəqiqləşməyib. Komanda I divizionda oynasa, qərarınız dəyişməyəcək?
- “İnter”dən I divizionda oynamaq üçün getmirəm. Məqsədim Premyer Liqada çıxış etməkdir. “Rəvan” da yaxşı komandadır. Ancaq “Sumqayıt”da gənclərin çoxluq təşkil etməsinin qərarımda rolu az olmadı.
- Bu gün iddialı klublarımızın gənc qapıçılara şans verməməyi nədən qaynaqlanır?
- Nə bilim, bəlkə seçim vaxtı düzgün qərar verilmir. Bizim kimi gənclərə daha çox ortabab klublarda oynamaq və təcrübə toplamaq lazımdır. “İnter”də bu gün Georgi Lomaya var. Onun kimi təcrübəli qapıçının ehtiyatda qalması düzgün deyil. Bu baxımdan Kaxaber Sxadadzeni qınamıram. O, Lomayanı qoyub, mənə şans verəsi deyil ki...
- “Sumqayıt”da əsas heyətdə yer alacağınız dəqiqdir?
- Bunu indidən bilmək olmaz. Hər şey özümdən asılıdır. Gərək məşqlərdə özümü yaxşı tərəfdən göstərim ki, baş məşqçi də mənə şans versin.
- İndiyədək rəhbərliyi altında oynadığınız məşqçilər sizdə əsasən hansı nöqsanları tuturlar?
- Əsas çatışmazlığım oyun təcrübəsinin azlığı ilə bağlıdır. Daha çox oynamalı, çalışmalıyam.
- Yeri gəlmişkən, Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçirilən Norveç – Azərbaycan oyunu ilə bağlı nə deyə bilərsiz?
- Matçın çətin keçəcəyini bilirdik. Çünki rəqibin heyətində yaxşı futbolçular yer almışdı. Biz də qarşılaşmaya ciddi hazırlaşmışdıq. Norveçlə görüşədək Almaniyada yaxşı təlim-məşq toplanışı keçirmişdik. Çox təəssüf, istədiyimiz nəticəni qazana bilmədik. Vurulan yeganə qol meydan sahiblərinə 3 xal qazandırdı. Bu cür oyunlarda buraxdığımız səhvlərdən dərs çıxarmalıyıq.
- Sarı vərəqə limitini aşdığınız üçün cəzalı vəziyyətə düşmüsüz. Buna baxmayaraq, İslandiya ilə oyunda komandanın düşərgəsində olacaqsınız. Bu oyunda millidən nə gözləyirsiniz?
- İslandiya yığmasını Bakıda məğlub etmişik. Düşünürəm ki, Reykyavikdəki matçda da 3 xalı biz qazanacağıq. Uşaqlar toparlanıblar və bütün diqqətlərini oyuna yönəldiblər. İslandiya heç də Norveç deyil. Meydana ancaq qələbə qazanmaq üçün çıxacağıq. Oynamasam da, komanda yoldaşlarımı sona qədər dəstəkləyəcəm. Ən pis halda, meydanı heç-heçə tərk etməliyik. Uşaqlara uğurlar arzulayıram.

0
0