Hollandların Qəbələ sərgüzəştləri - FOTOSESSİYA
05.06.2012 - 13:40
Hollandiyanın məşhur “Feyenoord” klubunun futbol akademiyasının rəsmi internet saytı Azərbaycanda keçirilən I Qəbələ Kuboku turniri haqda silsilə yazılar hazırlayır. Apasport.az saytının məlumatına görə, 15 yaşadək futbolçuların turnirinə U-14 komandası ilə qatılan Rotterdam təmsilçisi yarışda 7-ci yeri tutsa belə, ölkəmizdən məmnun ayrılıb.
Turnirdə keçirdiyi 5 oyunda yalnız “Qarabağ”la 2 qarşılaşmadan qalib ayrılan hollandiyalılar üçün bu nəticələr də qənaətbəxş sayılır: “6 gün Qəbələdə olan U-14 üçün yarışın 5-ci günü daha yaddaqalan oldu. Oyun günlərində səhər tezdən oyanmalı olan futbolçular həmin gün istirahət edə bildilər. Yeniyetmə futbolçular istirahət mərkəzinə gedib, kiçik avtomobil yürüşlərində kimin cəld olduğunu müəyyənləşdirə, yelləncəkdə əylənə bilirdilər. Hollandiyalı futbolçular üçün qızğın rəqslərlə, əyləncə ilə dolu əsl bayram idi. Məhz bu istirahətdən sonra “Feyenoord” sonuncu olmamaq üçün keçirdiyi “Qarabağ”la qarşılaşmada şou göstərdi – 6:0”.
Akademiyanın rəsmi saytı turnir haqda da yüksək fikirdədir: “Sonda isə komandamız “Qalatasaray”la Serbiya yığmasının final oyununu izləməyə yollandı. Yerli azarkeşlərin sevinc bəxş edən Türkiyə təmsilçisi həmin matçda qalib gəldi. Komandamızın kapitanı isə təşkilatçılardan xatirə hədiyyəsi aldı. Bununla, bu möhtəşəm turnir başa çatdı. Qəbələ kuboku çox yüksək səviyyədə təşkil olunmuşdu. Təbii ki, “Feyenoord” da yarışda oynamaqla turnirə öz damğasını vurdu. Şəhərin gəzməli-görməli yerlərinə baş çəkib, mağazalarda da olduq. Bir sözlə, Qəbələdə yaşananlar futbolçularımız üçün ideal idi”.

0
0