Milli komandamızın heyəti açıqlandı
05.06.2012 - 11:29
Milli komandamızın heyəti açıqlandı
Azərbaycanın 19 yaşlılardan ibarət yığma komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Vəli Qasımov iyunun 10-dan 20-dək Litvanın Palanqa şəhərində təşkil olunacaq təlim-məşq toplanışı üçün 23 futbolçuya dəvət göndərib.

Bunlar Tərlan Əhmədli (“Rəvan”), Eyyub Əliyev, Elşən Abdullayev (hər ikisi “Neftçi”), Namiq Ələsgərov (“Bakı”), Kamal Mirzəyev, Murad Musayev (hər ikisi “Qəbələ”), Azər Salahlı, Coşqun Diniyev, Fuad Bayramov (hamısı “İnter”), Emil Balayev, Şamil Cəmallədinov, Orxan Əliyev, Samir Yusifov (hamısı “Sumqayıt”), Aydın Mustafazadə (“Lokomotiv”, Bakı), Əskər Nəcəfəliyev (“Rostov”, Rusiya), Valeh Eyvazlı (“Spartak”, Rusiya), Bayram Budaqov (“Dnepr”, Ukrayna), Taşkın İlter (“Herta”, Almaniya), Soslan Tuayev (“Alaniya”, Rusiya), Eldar Cankişiyev (“Anji”, Rusiya), Tahir və Maqomed Musalovlar (hər ikisi “Rubin”, Rusiya), David Qarayevdir (“Stolitsa”, Rusiya).

Qeyd edək ki, yığmamız ənənəvi olaraq hər il bu turnirdə iştirak edir.

Mənbə: affa.az