Alim Qurbanov üçün “Xəzər Lənkəran”da yeni vəzifə
05.06.2012 - 12:56
“Xəzər Lənkəran”ın rekordçulardan olan təcrübəli futbolçu Alim Qurbanov yeni ampluada çalışacaq. Komandanın baş məşqçisi Yunis Hüseynov apasport.az saytına açıqlamasında bildirib ki, yarımmüdafiəçi növbəti mövsümdə oynayan məşqçi olacaq: “Kənardan yeni məşqçi dəvət etmək fikrimiz yoxdur. Sadəcə, Alim oynayan məşqçi kimi mənim köməkçilərindən biri olacaq”.
Qeyd edək ki, Alim “Xəzər Lənkəran” yaranan vaxtdan – 2004-cü ilin yayından onun şərəfini qoruyur və bu müddətdə yarım il icarəyə verildiyi vaxtda “Karvan”da Hüseynovun rəhbərliyi altında oynayıb. Futbolçu oyun sayında yalnız kapitan Rahid Əmirquliyevdən geri qalır.
Mehman SÜLEYMANOV

0
0