“Aralarında Superliqada oynamış futbolçular da var” – MÜSAHİBƏ
05.06.2012 - 13:24
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynovun apasport.az saytına müsahibəsi
- Növbəti mövsümə hazırlıq məqsədilə bu gün Avstriyaya təlim-məşq toplanışına yollanacaqsınız. Səfərə neçə futbolçu ilə çıxırsız?
- 12 futbolçu ilə. Əvəzedici komandadan 3 futbolçu götürmüşük. Onları da toplanışa aparırıq. Vyanada daha 3 futbolçu bizə qoşulacaq.
- Kimlər?
- Braziliyalılar Eder Bonfim, Rikardo Qomeş və albaniyalı Elvin Beçiri. Onlar Vyanada bizi gözləyəcək. Ordan da Zalsburqa yollanacağıq.
- İstirahətdə olan milli üzvləri ilə bağlı vəziyyət nə yerdədir?
- Bildiyiniz kimi, milli komandadakı futbolçular – Kamran Ağayev, Elnur Allahverdiyev, Rahid Əmirquliyev və Branimir Subaşiçə istirahət vermişik və onlar iyunun 8-də hazırlığımıza qoşulacaqlar. “Xəzər Lənkəran”a qaytardığımız rumıniyalı müdafiəçi Manuel Skarlatake də istirahətdədir və iyunun 10-da düşərgəmizdə olacaq. Hücumçu Rendal Brenesin isə Kosta-Rika yığmasının heyətində iyunun 12-də rəsmi oyunu var. O, bu matçdan 2 gün sonra sıralarımıza qoşulacaq.
- Yeni futbolçuların transferi ilə bağlı işlər nə yerdədir?
- Hələlik danışıqlar gedir və yeni futbolçuların hamısı Avstriyaya gələcək. Bizə müxtəlif ölkələrdən legionerlər təklif olunub. Aralarında Türkiyə Superliqasında oynamış futbolçular da var. Əcnəbilər baxışa gələcək və onları sınaqdan keçirəndən sonra qərarımızı verəcəyik. Bizə orta sahəyə və hücuma futbolçular lazımdır.
- Yəqin ki, yerli futbolçuları birbaşa transfer edəcəksiniz...
- Bəli. Onlar 2 nəfərdir.
- Kimlərdir? Hansı mövqelərdə oynayırlar?
- Hələ adlarını demək istəmirəm. Danışıqlar gedir, tam həll olunandan sonra açıqlayacağıq.
- Komandanızda ən yaşlı futbolçu olan Alim Qurbanovun gələcək taleyi necə olacaq?
- Oynayan məşqçi kimi köməkçilərimdən biri olacaq. Kənardan məşqçi dəvət etmək fikrim yoxdur.
- Qurbanovun növbəti mövsümdə əvəzedici komandanın baş məşqçi olmağı nəzərdə tutulub?
- Yox. Bu komandanın baş məşqçisi Elbrus Məmmədov fəaliyyətini davam etdirir.
Mehman SÜLEYMANOV

0
0