İngiltərə futbolunda qeyri-adi hadisə - FOTO
05.06.2012 - 13:35
İngiltərə futbolunda qeyri-adi hadisə baş verib. Apasport.az saytının məlumatına görə, gücünə əsasən 4-cü dəstə olan II Liqada çıxış edən “Daqenem and Rembric” klubunun futbolçusu Adam Gemili Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 19 yaşlı universal istedad yarışda atlet kimi iştirak edəcək.
Almaniyanın Reqensburq şəhərində keçirilən yarışda 100 metr məsafəyə 10,08 saniyəyə qaçan futbolçu normativi ödəməklə Olimpiadaya lisenziya əldə edib. İndiki klubuna “Ridinq”dən gələn futbolçu Olimpiya Oyunlarına başqa idman növündə qatılan nadir futbolçu kimi tarixə düşəcək.
Adam 2001-08-ci illərdə uşaq komandalarında oynadığı “Çelsi”nin yetirməsi sayılır. Maraqlıdır ki, dünyanın ən sürətli futbolçusu bu üstünlüyündən hücumçu kimi yararlanmır. O, müdafiəçi ampluasında çıxış edir.

0
0