“Bohum”un futbolçusu: Azərbaycanla oyunda təmkinli olmalıyıq
05.06.2012 - 13:53
“Bohum”un futbolçusu: Azərbaycanla oyunda təmkinli olmalıyıq
“Avro-2011-in final mərhələsində oynadıqdan sonrakı seçmə mərhələdə zirzəmidə qalmamaq üçün mübarizə aparmaq ağırdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət İslandiya milli komandasının futbolçusu Holmar-Onn Eyolfsson deyib.

Avropa çempionatının seçmə mərhələsinin VIII qrupunun autsayderi bu gün Azərbaycan yığması ilə qarşılaşacaq. Almaniyanın “Bohum” klubunda çıxış edən yarımmüdafiəçi 1 xal gerisində olduğu millimizlə qarşılaşmada qələbə qazanmaq arzusundadır: “Sonuncu olmağımız bizi məyus edir. Sadəcə, təmkinli olub Azərbaycan yığmasını məğlub etməyi düşünürük. Azərbaycanla ilk oyunumuz qeyri-adi nəticələndi. Necə də qəribə idi. Meydanda daha yaxşı oynayan da biz idik, uduzan da biz. Azərbaycan yığması uzaqdan vurulan cərimə zərbəsi ilə qalib gəldi. Bu da üzücüdür”.