“Almanlar Azərbaycan yığmasını seçdiyimə görə məni dəstəkləyir” – MÜSAHİBƏ
05.06.2012 - 14:34
Azərbaycan yığmasının (U-17) futbolçusu Cem Fələyin apasport.az saytına müsahibəsi
- Öncə Bakıda başa çatan “Caspian Cup” beynəlxalq turnir haqda fikirlərinizi bilmək istərdik...
- Finalda rəqibi məğlub etmək lazım idi. Sonda elə oldu ki, Gürcüstana uduzub (0:1), turnirdə 2-ci yeri tutduq. Ancaq buna üzülməmək lazımdır. Komandamızdan çox razıyam. Futbolçularımızı yaxşı çıxışa görə təbrik edirəm. Kaş finalda da qalib gələydik... Ümumilikdə, turnir çox yaxşı keçdi.
- İlk dəfə millimizin heyətində yer aldınız. Təəssüratlarınız necə oldu?
- Azərbaycan yığması yaxşı komandadır. Burda çox xoşbəxtəm. Məşqçilər, oyunçular, hər kəslə çox yaxşı münasibətim var. Məşqçilər hər şeyi yaxşı öyrədirlər, matçlara yaxşı çıxırıq. Ancaq təəssüf ki, turnirin qalibi ola bilmədik.
- Yığmamızda debüt ilindəcə qızıl medal qazana bilərdiniz. Bu şansı əldən buraxdığınıza görə heyfsilənmirsiniz?
- Neyləyək, olmadı. İnşallah, növbəti dəfə qazanarıq. Bu, bir başlanğıc olsun, davamı daha yaxşı gələr.
- Qarşıdan Avropa çempionatının seçmə mərhələ oyunları gəlir. Həmin görüşlərə dəvət olunmaq perspektivini necə görürsünüz?
- İnşallah, dəvət alaram. Çağırsalar, gələcəyəm. Təbii ki, Azərbaycan yığmasında çıxışımı davam etdirmək fikrim var. Burda özümü çox yaxşı hiss edirəm. Buna görə də Azərbaycan yığmasında oynamaq istəyirəm.
- Gələcəkdə Türkiyə, yaxud doğulub boya-başa çatdığınız Almaniya yığmasında oynamaq fikriniz varmı?
- Mən Azərbaycan millisinin formasında oynamaqdan qürur duyuram.
- Hər halda, bağlılığınız olduğu Türkiyə və Almaniya daha güclü komandalara malikdir...
- Düzdü, təkliflər olub. Ancaq mənim seçimim Azərbaycan yığması oldu.
- Seçiminizə əsas nə təsir göstərdi?
- Azərbaycanda çoxlu dost-tanışlarım var. Məşqçilərlə çox yaxşı anlaşıram. Özümü Azərbaycanda yaxşı hiss etdiyimdən, buranı seçdim.
- Yetirməsi olduğunuz Frankfurt “Ayntraxt”ında işləriniz necə gedir?
- Mövsümü başa vurduq. İnşallah, daha 1 il “Ayntraxt”da oynayacağam. Xaricdən də təkliflər var.
- Siz yayda İspaniyaya, “Barselona” Futbol Akademiyasına getməli idiniz...
- Alınmadı. Anam xəstələndi, buna görə gedə bilmədim. Ancaq bu günümüzə də şükür. Bəlkə gələcəkdə qismət oldu.
- “Ayntraxt”ın əsas, yaxud 2-ci komandasında oynamaq şansınız nə qədərdir?
- Komandamda məndən çox şey gözləyirlər. Özümü göstərə bilsəm, daha yüksək səviyyəyə çıxa bilərəm.
- Maraqlıdır, klubundakılar, almanlar Azərbaycan yığmasını seçiminə necə reaksiya verdilər?
- Almanlar da mənim qərarımı dəstəkləyirlər. Onlar üçün Azərbaycan yığmasında oynamağımda heç bir problem yoxdur. Harada özümü yaxşı hiss edirəmsə, orda oynamağıma heç kim əngəl ola bilməz.
- “Xəzər Lənkəran”la başa çatan müqavilənizin uzadılmağı ilə bağlı məsələ nə yerdədir?
- Danışıqlar gedir və hələlik bəlli bir şey yoxdu. Mən indi ilk növbədə öz futbolumu düşünürəm. Hər şey yaxşı gedir.
- Gələcəkdə karyeranızı Azərbaycanda davam etdirmək variantına necə baxırsınız?
- Hazırda karyeramı xaricdə davam etdirmək istəyirəm. Bunu özümün inkişafı üçün daha məqsədəuyğun sayıram. Ancaq gələcəklə bağlı indidən heç bir şey deyə bilmərəm. Ola bilər ki, nə vaxtsa Azərbaycanda oynadım. Nədən olmasın? Ancaq hazırda Avropada oynayıram, çox xoşbəxtəm və irəliyə getmək istəyirəm.
Mehman SÜLEYMANOV

0
0