“Qalatasaray”ın kapitanı “Sumqayıt”a gəlir
05.06.2012 - 17:16
“Qalatasaray”ın kapitanı “Sumqayıt”a gəlir
“Sumqayıt” türkiyəli futbolçu Məhəmməd Əli Atam ilə ilkin razılıq əldə edib. Apasport.az saytının məlumatına görə, “Sivasspor” klubunda çıxış edən 24 yaşlı sağ cinah müdafiəçisini icarəyə götürmək istəyən Premyer Liqa təmsilçisi keçidi yaxın günlərdə rəsmiləşdirə bilər.

2011-ci ildən Sivas təmsilçisində oynayan əslən azərbaycanlı müdafiəçi “Qalatasaray”ın əvəzedici komandasında çıxış etməsi ilə diqqət çəkir. 3 mövsüm oynadığı heyətdə kapitan sarğısını da daşıyıb. Bu müddətdə 2 dəfə fərqli komandalara icarəyə verilib. 2011-ci ildə “Sivasspor”a keçən futbolçu əsas komandada cəmi 2 oyun keçirib və 1 qol da vurub.

Qeyd edək ki, futbolçu Türkiyə U-17 yığmasında 13 oyun keçirib.