Aşkar qələbə
06.06.2012 - 08:34
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçirilən Azərbaycan – İslandiya qarşılaşmasının statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA komandaların oyundakı göstəricilərini hesablayıb. Görüşdə 2:1 hesabı ilə qalib gələn Azərbaycan yığması digər göstəricilərdə də ada təmsilçisindən üstün olub. Çərçivəyə düşən, düşməyən, həm də ümumi zərbə sayındakı aşkar üstünlük yığmamızın meydanda “at oynatmasından” xəbər verir.
| İslandiya | Azərbaycan | |
|---|---|---|
| 1 | Qollar | 2 |
| 4 | Qapıya zərbələr | 11 |
| 4 | Qeyri-dəqiq zərbələr | 10 |
| 8 | Ümumi zərbələr | 21 |
| 1 | Künc zərbələri | 4 |
| 13 | Qayda pozuntuları | 9 |
| 3 | Sarı vərəqələr | 2 |
| 0 | Qırmızı vərəqələr | 0 |
0
0