Cavid İmamverdiyev futbolun yaradıcılarının izinə düşdü
06.06.2012 - 09:22
Cavid İmamverdiyev futbolun yaradıcılarının izinə düşdü
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının futbolçusu Cavid İmamverdiyev Avropa çempionatının seçmə mərhələsində vurduğu qolların sayını 3-ə çatdırıb. Apasport.az saytının məlumatına görə, 6 qol vuran yığmamızın toplarının yarısının müəllifi olan yarımmüdafiəçi İslandiya ilə Reykyavikdəki görüşdə fərqlənməklə turnirin bombardirlər siyahısında irəliləyib.

Cavid seçmə mərhələnin yalnız 23 məhsuldar oyunçusundan geri qalaraq 24-cü pillənin şəriklərindəndir. Millimizin çıxış etdiyi VIII seçmə qrupunda isə yalnız 3 futbolçu İmamverdiyevi arxada qoyur. Bunlar İngiltərə yığmasının üzvləri Kreyq Douson, Henri Lansberi və Aleks Oksleyd-Çemberlen daha çox fərqlənib. Futbolun yaradıcılarının arxasına düşən həmyerlimiz qrupun bombardirlərindən cəmi 1 qol geri qalır.