“Azərbaycanla oyunda tələsirdik, həyəcanlanırdıq və heç nə alınmırdı”
06.06.2012 - 09:44
“Azərbaycanla oyunda tələsirdik, həyəcanlanırdıq və heç nə alınmırdı”
“Azərbaycana uduzmağımız, əlbəttə ki, üzüntüdən başqa bir şey deyil. Lakin bu hələ son deyil. Sonuncu yeri tutmamaq üçün qarşıda oyunlarımız var və sonadək mübarizə aparacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət İslandiya yığmasının baş məşqçisi Eyolfur Sverrison deyib.

O, Avropa çempionatının seçmə mərhələsinin Azərbaycan millisi ilə oyunundakı 1:2 hesablı məğlubiyyətin səbəblərini açıqlayıb: “Qələbə üçün alışıb-yanırdıq. Təəssüf ki. bu lazım olandan da artıq idi. Məğlubiyyətimizin səbəbi də elə bu oldu. Hərçənd bəzən sakit oynamalısan. Tələsirdik, həyəcanlanırdıq və heç nə alınmırdı. Oyuna çox yaxşı başladıq. İkinci qol vurmaq üçün irəli də atıldıq. Lakin fasilədən sonra bu tenpi saxlaya bilmədik. Bir sözlə Azərbaycan qarşı heç də yaxşı oynamadıq”.