Bernard Lippert: Hələ “lipa”lardan danışmıram
06.06.2012 - 09:58
“Razılaşıram ki, Norveçlə oyunda hesab daha böyük olmalı idi. Amma bu gün İslandiyanı məğlub etməklə, Azərbaycana tarixi qələbə ilə dönürük”. Bu fikirləri apasport.az saytına açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Bernard Lippert deyib.
2013-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İslandiya ilə Reykyavikdəki oyunda 2:1 hesablı əzmkar qələbəyə sevinən millimiz aktivindəki xalların sayını 7-yə yüksəltməyi bacardı. Qazanılan nəticəni tarixi uğur hesab edən alman mütəxəssis bunu kollektiv əməyin nəticəsində əldə etdiklərini bildirib.
Lippert eyni zamanda digər rəqiblərindən daha gənc heyətə malik olduqlarını da qabardıb. Bu isə növbəti seçmə mərhələdə daha uğurlu nəticə əldə etməyə imkan verəcək: “Məhdud istedadla bu qədər xarakter göstərmək asan iş deyil. Bu gün Avropa çempionatının seçmə mərhələsində iştirak edən komandalar arasında ən gənc komanda bizim yığmadır. Çünki heyətimizdə hətta 1993-cü il təvəllüdlü futbolçular da yer alıb. Digər komandalar ən azı yaş yarım bizdən böyükdürlər. Hələ “lipa”lardan danışmıram. Norveçlə oyundakı məğlubiyyətdən sonra komandamın özündə güc tapıb, həm də səfərdə qələbə qazanması sevindirici haldır. Ümumi götürdükdə, layiq olduğumuz qələbəni qazandıq”.

0
0