“Azərbaycan yığması komanda şəklində çox yaxşı oynadı”
06.06.2012 - 10:12
“Azərbaycan yığması komanda şəklində çox yaxşı oynadı”
İslandiya yığmasının (U-21) baş məşqçisi Eyolfur Sverrison millimizin oyununa qiymət verib. O, apasport.az saytına açıqlamasında 2013-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində hər 2 oyunda uduzduğu komandamızın kollektiv şəklində olduğunu güclü olduğunu bildirib.

“Mübarizələrlə bol oyun oldu. Bir şansımız oldu ki, onu da qola çevirdik. Azərbaycan yığması bu gün layiqli qələbə qazandı. Hər iki komandanın müxtəlif vaxtlarda qol vurmaq üçün imkanları olsa da, rəqib bundan daha yaxşı istifadə etdi. Azərbaycan yığması komanda şəklində çox yaxşı oynadı. Rəqib oyunçular çox qaçdı, pressinq etdi və layiq olduğunu əldə etdi. Nəticəni ədalətli sayıram” – deyə, Sverrison bildirib.

Qeyd edək ki, yığmamız evdə İslandiyaya 1:0, səfərdə 2:1 hesabı ilə qalib gəlib.