Seyidov - “mütəxəssis”, Özkara - “ofsaydşik”
06.06.2012 - 11:30
Seyidov - “mütəxəssis”, Özkara - “ofsaydşik”
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin müxtəlif göstəricilər üzrə ən yaxşılarının siyahısı yenilənib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin 2 futbolçusu müxtəlif nominasiyalarda ilk sıralarda qərarlaşıb.

Çərçivədən yan keçən zərbələr üzrə “mütəxəssis”lər sırasında “Neftçi”nin yarımmüdafiəçisi Mirhüseyn Seyidov da var. 12 dəfə hədəfi düzgün nişan almayan futbolçu Avropa çempionatının seçmə mərhələsində 3-cü göstəriciyə malikdir.

Milliləşən türkiyəli Cihan Özkara da “Top-5”də yer alıb. Lakin “Sivasspor”un üzvü oyundankənar vəziyyətə düşməkdə fərqlənib. 9 dəfə bu aqibəti yaşayan hücumçu qitənin 5-ci “ofsaydşik”idir.