Millimizin futbolçuları şəhidlərimizin xatirəsini yad etdilər
06.06.2012 - 12:05
Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandası (U-21) İslandiya ilə 2013-cü il Avropa çempionatının seçmə mərhələ oyununa qara sarğı ilə çıxıb. Apasport.az saytının məlumatına görə, yığmamız Qazax rayonunda Ermənistan hərbi qüvvələri ilə atışma zamanı həlak olan 5 şəhid əsgərimizin xatirəsini yad edib.
Şəhidlərin xatirəsinin oyundan öncə 1 dəqiqəlik sükutla yad edilməyi planlaşdırılsa da, bu, baş verməyib. Belə ki, Azərbaycan tərəfi matçın UEFA nümayəndəsinə bu xahişlə müraciət edib. Həmin vaxtadək hər 2 komandanın iştirakı ilə texniki məşvərət keçirildiyindən və xəbər gec gəldiyindən, 1 dəqiqəlik sükutu reallaşdırmaq mümkün olmayıb.

0
0