“İnşallah, növbəti qızılı “Xəzər Lənkəran”la qazanaram” - MÜSAHİBƏ
06.06.2012 - 13:44
“Neftçi” klubunun sabiq futbolçusu Cavid Hüseynovun apasport.az saytına müsahibəsi
- “Xəzər Lənkəran”a mümkün keçidinizlə bağlı nə düşünürsünüz?
- Əslində, hələ keçməmişəm. Lakin danışığımız olub. Yəqin ki, 1-2 günə məsələ tam həllini tapacaq.
- Bu variant necə yarandı?
- Baş məşqçi Yunis Hüseynovla danışığımız oldu. Görüşüb danışdıq, keçidimlə bağlı məsələləri müzakirə etdik.
- Başqa variant var idi?
- Müəyyən söz-söhbət olsa da, real, ciddi təklif yox idi. Özüm də “Xəzər Lənkəran”da oynamaq istəyirdim.
- Niyə məhz “Xəzər Lənkəran”da?
- “Turan”ı tərk edəndən sonra daim iddialı klublarda oynamışam. Əvvəl AZAL, sonra “İnter”, “Neftçi”. “İnter”də 1, “Neftçi”də 2 dəfə Azərbaycan çempionu olmuşam. İnşallah, növbəti qızılı “Xəzər Lənkəran”la qazanaram.
- Belə çıxır ki, “Xəzər Lənkəran”a çempion olmaq üçün gedirsiniz?
- Bəli. Ümid edirəm ki, belə də olar.
- “Neftçi”də qalsaydınız Çempionlar Liqasında oynayardınız. Amma indi Avropa Liqasında oynamalı olacaqsınız. Buna üzülmürsünüz?
- Yox. Yunis Hüseynov güclü mütəxəssisdir. İnanıram ki, “Xəzər Lənkəran”la Avropa Liqasında öz sözünü deyəcək.
- Çempionlar Liqasında oynamayacağınız üçün “Neftçi”dən incik ayrılmamısınız?
- Futbolçu peşəkar olmalıdır. Belə şeylərə görə inciklik olmaz.
- “Neftçi”dən ayrılmağınızın səbəbi nə oldu?
- Yəqin ki, baş məşqçi Böyükağa Hacıyev məni komandada görmək istəmirdi.
- Bəs bunu nə ilə izah edirsiniz?
- Bu, baş məşqçinin fikridir. Lakin mən özüm də “Neftçi”dən getmək istəyirdim. Bunun üçün müqaviləmin bitməyini gözləyirdim.
- Niyə?
- Məni meydana hər dəfə 10-15 dəqiqəlik buraxırdılar. Həmin müddətdə nə qədər çalışsam da, heç nə alınmırdı. Mən də peşəkar futbolçuyam, karyeramı fikirləşdiyimdən bu vəziyyət məni qane edə bilməzdi.
- Hacıyev niyə sizə güvənmirdi?
- Bilmirəm.
- “Xəzər Lənkəran”da da rəqabət var. Orada da əsas heyətə düşməkdə çətinliklə üzləşəcəyinizdən çəkinmirsiniz?
- Elə futbolçuyam ki, baş məşqçi mənə inananda, həmişə bu inamı doğrultmuşam. Həmişə belə olub. Düşünürəm ki, Yunis Hüseynov mənə inanır. Mən də öz oyunum, əzmkarlığımla bu inamı meydanda doğruldacağam.

0
0