PFL inqilaba hazırlaşır: Planlar yalnız “apasport”da!
06.06.2012 - 14:00
“Növbəti mövsüm öncəsi klub rəhbərləri ilə görüşümüz olacaq”. Bunu apasport.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti (PFL) Ramin Musayev deyib.
Avqustun 4-də start götürəcək XXI milli çempionat öncəsi klub rəsmilərini bir araya gətirəcək PFL onlarla bir sıra məsələləri müzakirə edəcək. Musayev bildirib ki, görüşdə əsas müzakirə mövzusu oyunların yayımı ilə bağlı olacaq:
“Bildiyiniz kimi, ötən mövsüm yayım məsələsi klublarla telekanallar arasında həll olunurdu. Ancaq bu, lazımı nəticə vermədi. Klublar istədikləri oyunu yayımladılar, istəmədiklərini yox. Bu zaman azarkeşlər də əziyyət çəkirdilər, istədikləri oyunu izləyə bilmədilər. Fikrimcə, yayım məsələsində televiziya şirkətləri, klublar, AFFA və PFL birgə işləməlidirlər. Bu, qonşu ölkələrdə olduğu kimi, Azərbaycanda da tənzimlənməlidir. Ona görə də belə qərara gəldik ki, yayım hüququ PFL-də olmalıdır. Hansı telekanal oyunları yayımlamaq istəsə, imzalanan rəsmi müqaviləyə əsasən pulunu ödəyib, göstərə bilər” – deyə, Musayev bildirib.
PFL başçısı deyib ki, televiziya oyunları canlı yayımlamasa belə, problem yaranmayacaq. O, bunu yenilikləri ilə izah edib: “Televiziya oyunu göstərməsə, bunu öz saytımızla izləmək mümkün olacaq. Peşəkar Futbol Liqasının rəsmi saytı növbəti çempionatda turun 6 oyununun hamısı yayımlamağı nəzərdə tutub. Buna texniki imkanlarımız da var. Matçın harada olmasının fərqi yoxdur, sayt vasitəsilə canlı yayımı təşkil edə bilərik”.
Mehman SÜLEYMANOV

0
0