“Bakı” legionerlərin yolunu gözləyir
06.06.2012 - 14:20
Ölkəmizi Avroliqada təmsil edəcək “Bakı” klubu bir araya gəlib. Bu barədə apasport.az saytına açıqlama verən komandanın baş məşqçisi Novruz Əzimov bildirib ki, öncə futbolçular tibbi müayinədən keçirlər.
“Yerli futbolçular tibbi müayinədə iştirak edir, legionerlərimiz isə iyunun 10-dək düşərgədə olacaq. Yalnız İbrahim Karqbo yığmasının oyunu olduğu üçün 15-dən sonra gələcək. Qapıçı Marko Şarliya da gəlməlidir. Onun bu ayın 30-dək bizimlə müqaviləsi var. Yeni qapıçı axtarışımızı reallaşdırandan sonra xorvatiyalının gedişini demək olar. Ümumiyyətlə, komandamıza gedən-gələn futbolçularla, məşqçilər heyətinin tam tərkibi ilə bağlı iyunun 10-a kimi rəsmi məlumat verəcəyik” – deyə, Əzimov bildirib.
Qeyd edək ki, 2008-ci ilin qışından “Bakı”nın şərəfini qoruyan Marko son vaxtlar əsas heyətdə yerini itirib. Yeni əcnəbi qapıçı axtaran “zolaqlılar”ın digər qapıçıları millimizin gənc üzvləri – ötən mövsümün sonunda “1 nömrə” olan Aqil Məmmədovla “Sumqayıt”la icarəsi bitərək, müqavilə ilə məxsus olduğu kluba qayıdan Andrey Popoviçdir. Ölkə kubokunun son qalibi yeni legioner qapıçı transfer edərsə, Şarliyaya ehtiyac olmayacaq.

0
0