“İnter” mənimlə hər cür əməkdaşlığa razı idi” - MÜSAHİBƏ
06.06.2012 - 15:59
“İnter” klubunun sabiq futbolçusu Bronislav Çervenka Çexiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın son mövsümünün ən yaşlı legioneri olan 37 yaşlı yarımmüdafiəçi karyerasını davam etdirəcəyi haqda fikirlər səsləndirib.
- “İnter”dən niyə ayrıldınız?
- “İnter” məni indi də buraxmaq istəmir. Mənimlə hər cür əməkdaşlığa razı idilər. Baş məşqçi Kaxaber Sxadadzenin köməkçisi vəzifəsi də təklif olundu. Amma imtina etdim.
- Niyə?
- Artıq 37 yaşım var. 5 il Azərbaycanda oynadım. Vətəndə, ailəmin yanında olmaq istəyirəm.
- Klubla necə vidalaşdınız?
- Mövsümün sonunda yığıncaq keçirdik. Mən səhnəyə çıxdım və xidmətlərimə görə təşəkkür etdilər. Futbolçularımız isə məni alqışlayırdılar.
- Son mövsümünüz necə alındı?
- Bürünc mükafatı son oyunda qazandıq. Bununla, Avropa Liqasına vəsiqə əldə etdik. Çox çətin idi. Komandamız gənclərdən təşkil olunmuşdu. Heç kim bizdən belə nəticə gözləmirdi. Hətta özümün də inanmağım gəlmirdi ki, biz nə qədər uzun müddət çempionluq uğrunda mübarizə apardıq.
- Bununla belə, doğma Zlin şəhərinə dönməyə qərar verdiniz...
- Bir şeyə marağım uzun sürmür. 5 il kifayət idi.
- Doğma “Zlin” klubunda oynamağınız mümkündür?
- 10 gün əvvəl klubun direktoru ilə söhbətimiz oldu. İndi cavab gözləyirəm. Hər şey onlardan asılıdır.
- Hələ çox gözləyəcəksiniz?
- Bu, bir neçə saata həll olunan məsələ deyil. Təbii ki, karyerama tez aydınlıq gətirmək istəyərdim. Amma nə edə bilərəm? Gözləməliyəm. Bilsəm ki, alınmır, başqa variantlara baxacam.
- Hansı ölkədə?
- Çexiyada II liqadan aşağı düşmərəm. Avstriyanın III liqasına da çağırırlar. Oradakı dostlarım bu variantı təklif etmişdilər. Lakin vətəndə klublarımıza hələ də faydalı olduğumu düşünürəm. Bu üzdən elə Çexiyada oynamaq istəyirəm.
- “Zlin”in sahibi Zdenek Çervenka büdcənin azaldıldığını açıqlayıb. Daha aşağı maaşa oynamağa hazırsınız?
- Pul həlledici deyil. Mənə elə tərbiyə veriblər ki, daha üstün dəyərlər var. O üzdən də anlaşa bilərik.
- Vətəndə oynamaq qərarınız tanışlarınızı təəccübləndirmədi ki?
- “İnter”dəki məşqçilərim başa düşə bilmirdi ki, Çexiyanın I dəstəsində oynamağa necə razı ola bilərəm. Onlara izah etdim ki, neçə illərdir Çexiyadan kənardayam, gözdən itmişəm. Yerli klublar daha çox gənclərə üstünlük verir. Lakin əminəm ki, mən də gedəcəyim kluba kömək edə bilərəm.
- Gücünüzə inanırsınız?
- Mənim yaşımda oyundan sonra yorğunluq olur. Lakin fiziki cəhətdən özümü əla hiss edirəm. Ən azı 1 mövsüm peşəkar səviyyədə oynaya bilərəm.

0
0