“Qəbələyə gedəndə, nə cür turnirə qatılacağımızı bilmirdik” - FOTO
06.06.2012 - 15:13
Danimarkanın ən məşhur klubu olan “Brondbü”nün rəsmi internet saytı “I Qəbələ kuboku” turnirinin yekunlarına həsr olunan yazı hazırlayıb. Apasport.az saytının məlumatına görə, yazıda U-15 komandasının turnirdəki oyunları və 4-cü yeri tutması ilə yanaşı, fotolar da öz əksini tapıb.
Sayt baş məşqçi Soren Yulun fikirlərinə yer verib: “Biz Qəbələyə gedəndə, nə cür turnirə qatılacağımızı bilmirdik. Lakin Qəbələdə fantastik şəraitlə tanış olduq. “Qəbələ” bu turnirə çox əziyyət sərf edib. Mən belə meydançalar görməmişdim. Bütün meydanlar möhtəşəm idi. Çox yüksək səviyyədə təşkil olunan peşəkar bir tədbirin iştirakçısı olduq. Çox şadıq ki, “Vilyareal” kimi klubun qatıldığı yarışda onlardan daha yüksək yer tutduq”.
Baş məşqçi uğursuzluğun səbəbini də açıqlayıb: “İlk oyunda “Qəbələ”yə uduzduq ki, buna səbəb oyuna konsentrasiya ola bilməmək idi. Hesabı 0:2-dən 2:2-yə daşısaq da bəzi futbolçularımız artıq oyunun taleyinin həll olunduğunu düşünüb arxayınlaşdılar. Bu, ən pis oyunumuz idi. Əvəzində artırıb yarışın favoriti “Vilyareal”a qarşı ən yaxşı oyunumuzu oynadıq. “Qalatasaray”la matçda isə fiziki hazırlığımızdan yararlandıq”.
Çalışdırıcı bəxtsizlikdən də gileylənib: “Serbiya ilə yarımfinal oyununda artıq 4-cü dəqiqədə azlıqda qaldıq. Meydandan qovulan qapıçını ehtiyat qolkiperlə əvəzlədik. O, da penaltini dəf etdi. Sona 3 dəqiqə qalmış isə qol buraxdıq. Bu da üzücü idi. Amma çəkdikləri əziyyətə görə futbolçularımla fəxr edirəm. Bürünc uğrunda oyunda isə imkanlardan daha dəqiq istifadə edən “Levante”yə uduzduq”.

0
0