“Xəzər Lənkəran” Avstriyada - FOTOSESSİYA
06.06.2012 - 15:32
Yay təlim-məşq toplanışı üçün Avstriyanın Zalsburq şəhərinə yola düşən “Xəzər Lənkəran” bu gün məskunlaşdığı Kirxdorf qəsəbəsinin “Das Seivald” otelinin yaxınlığındakı meydançada ilk məşqinə çıxıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, əsasən topsuz çalışmalar üzərində qurulan hazırlıq 1 saata qədər davam edib.
Axşam isə məşqçilər korpusu taktiki planda günün ikinci məşqini keçirəcək.
Qeyd edək ki, düşərgəyə icazəli olan Manuel Skarlatake və öz ölkəsinin millisinin düşərgəsində yer alan Rendal Brenesdən başqa digər bütün legionerlər qatılıblar.
Azərbaycan millisinin toplanışından dönən Kamran Ağayev, Elnur Allahverdiyev və Rahid Əmirquliyev isə iyunun 8-də Avstriyaya yola düşüb toplanışa qatılacaqlar.

0
0